Logo

Rus siyasətçi Putinə qarşı kampaniya başladıb?

Rus siyasətçi Putinə qarşı kampaniya başladıb?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yabloka Partiyasının rəhbəri Qriqori Yavlinski Rusiyanın hərbi konfliktlərdən çıxması ilə bağlı imza toplamağa başlayıb.

Bunu "İnterfaks” agentliyinə açıqlamasında partiyanın mətbuat katibi İqor Yakovlev deyib. O, Yavlinskinin bu addımı prezident seçkisi öncəsi təşviqat kampaniyası çərçivəsində atdığını bildirib.

Yakovlev kampaniyanın "Evə dönmək vaxtıdır” adı ilə keçiriləcəyini söyləyib.

Yavlinski artıq kampaniyasının təbliğatına da başlayıb. O, Ryazan əhalisi qarşısında çıxışı zamanı Rusiyanın Suriya kampaniyasında 100 milyard rubl itirdiyini vurğulayıb.

"Üç il ərzində sanksiyalar ucbatından 9,5 trilyon rubl itirmişik. Sanksiyalar İranı 20-30 il geriyə atdı. Bizi də belə bir təhlükə gözləyir”, - Yavlinski bildirib.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR