Tbilisidə Tramp Qülləsi layihəsinin təqdimatı olub

Kateqoriya məlum deyil
T
Gürcüstan paytaxtı Tbilisinin mərkəzində Tramp Qülləsi layihəsinin təqdimatı keçirilib. Mərasim yerli televiziya kanallarında canlı yayımlanıb.
Sfera.az xəbər verir ki, mərasimdə çıxış edən Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə görə, Tbilisinin mərkəzində 2 milyard dollarlıq investisiya müstəsna iqtisadi və turistik cəlbediciliyə malik yeni bir reallıq yaradacaq.
Layihəyə 280 metr hündürlüyündə 62 mərtəbəli bina daxildir. Tikintinin 2031-ci ildə başa çatdırılması planlaşdırılır.
Mərasimdə ABŞ prezidenti Donald Trampın oğlu və "The Trump Organization"ın vitse-prezidenti Erik Tramp da iştirak edib.






