Bu ölkə 3 hissəyə ayrıla bilər – Baş nazir təsdiqlədi

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkənin ayrı-ayrı hissələrinin gələcək statusu ilə bağlı referendumların keçirilməsi ideyasına qarşı olduğunu bildirib.
Sfera.az xəbər verir ki, Börnhem Uels, Şotlandiya və Şimali İrlandiyada müstəqillik, ayrılma və ya başqa bir regional birləşmə ilə bağlı səsvermələrin təşkil edilməsini dəstəkləmir.
Baş nazirin mövqeyinə əsasən, bu cür məsələlərin referendum yolu ilə gündəmə gətirilməsi ölkənin siyasi sabitliyinə və birliyinə təsir göstərə bilər.
Britaniya hökumətinin başçısı müstəqillik və ya regionların birləşdirilməsi məsələləri üzrə səsvermənin təşkili ideyasını dəstəkləmir.
Börnhemin açıqlaması son günlər Böyük Britaniyanın ərazi bütövlüyü və Şimali İrlandiyanın gələcək statusu ilə bağlı müzakirələrin yenidən aktuallaşdığı bir vaxtda səslənib./globalinfo






