İran və BƏƏ əlaqələri inkişaf etdirəcək

Kateqoriya məlum deyil
T
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
İran dövlət başçısı BRİKS sammiti çərçivəsində baş tutan görüşdə mövcud narahatlıqların müzakirə edildiyini bildirib. O, xarici işlər nazirləri səviyyəsində aparılan danışıqların da məhsuldar keçdiyini diqqətə çatdırıb.
"Biz ötənləri geridə qoymaq, gələcəyə baxmaq və onu birgə səylərlə necə qura biləcəyimiz barədə qarşılıqlı anlaşmaya gəldik" — deyə M.Pezeşkian qeyd edib.
BƏƏ prezidentinin diplomatiya üzrə müşaviri Ənvər Qarqaş da Yaxın Şərqdəki münaqişə bitdikdən sonra ölkəsinin İranla münasibətləri bərpa etmək məcburiyyətində qalacağını bəyan edib.






