Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - Video

Rusiyalı jurnalist Pavel Zarubin Hindistanın paytaxtı Yeni Dehlidə maraqlı görüntülər qeydə alıb.
Sfera.az musavat.com-a istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putinin qaldığı hoteldə "Air France" aviaşirkətinin stüardessaları onu telefonla çəkiblər.
Stüardessalar rusiyalı jurnalistin də onları videoya çəkdiyini anlayandan sonra telefonlarını kənara qoyaraq ərazidən uzaqlaşıblar.
Zarubin görüntülərə ironik münasibət bildirərək stüardessaların öz ölkələrində Putini çəkməkdən "qorxduqlarını" qeyd edib.
Qeyd edək ki, Vladimir Putin Hindistanda üç günlük səfərdə olub. O, səfər çərçivəsində BRICS sammitində iştirak edib, sammitin əsas sessiyasında və biznes forumunda çıxış edib. Rusiya lideri həmçinin Hindistanın baş naziri Narendra Modi və digər yüksək səviyyəli rəsmilərlə görüşlər keçirib.
<iframe width="670" height="400" src="https://newstube.az/embed/201063" frameborder="0" allowfullscreen></iframe>






