Təyyarənin çənindən yanacaq fontan vurub
Kateqoriya məlum deyil
Nyu Yorkdan Venesiyaya uçan "United Airlines” reysi təyyarənin çənindən yanacaq sızmasına görə təxirə salınıb.
Hadisə Nyuark Liberti aeroportunda baş verib.
Layner qalxmağa hazırlaşarkən sərnişinlərdən biri sol qanaddan axan yanacağı görüb və kameraya çəkib.
Uçuş təxirə salınıb, sərnişinlər otellərə yerləşdirilib.
Sfera.az






