Logo

ABŞ-ın sanksiyalarına cavab veriləcək - Rusiya

ABŞ-ın sanksiyalarına cavab veriləcək - Rusiya
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya ABŞ-ın sanksiyalarını cavabsız qoymayacaq.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Vladimir Cabarov deyib.

"Konqresin yekun qərarını gözləmək və ABŞ Prezidenti Donald Trampın reaksiyasına baxmaq lazımdır. Əgər yeni sanksiyalar haqqında qanun qəbul olunsa, biz bunu cavabsız qoymayacağıq”, - deyə o bildirib.

Rusiyalı digər senator Andrey Klimov isə ABŞ-da baş verənləri absurd teatr adlandırıb. O, hazırda ABŞ prezidentinin faktiki olaraq Ağ Evdə ev dustağı olduğunu deyib.

Qeyd edək ki, dünən Senat Rusiyaya qarşı sanksiyaların artırılması ilə bağlı qanun layihəsini təsdiq edib.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR