Daha bir ölkə Qətərə dəniz yolunu açıb
Dünya
13:18 / 15.06.2017
1326
Qətər ilə Hindistan arasında yeni dəniz yolu açılıb.
Yeni yol iki ölkə arasında birbaşa tranzit məqsədi daşıyır.
Bu yol sayəsində Qətərdəki Həmad limanı ilə Hindistandakı "Mundra” və "Nhava Şeva” limanları arasında dəniz səfərləri təşkil ediləcək.
Səfərlər həftədə bir dəfə - cümə günləri baş tutacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Qətərlə Oman arasında yeni dəniz yolu açılıb.
Sfera.az