Logo

Daha bir ölkə Rusiya mediasını qadağan edir...

Daha bir ölkə Rusiya mediasını qadağan edir...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Moldova parlamenti Rusiya telekanallarının ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması barədə qanun layihəsini müzakirəyə çıxarıb.

Bunu jurnalistlərə açıqlamasında parlamentin sədri Andriyan Kandu söyləyib. O, bu qanun layihəsinin Moldovanın informasiya təhlükəsizliyinin təminatı üçün lazım olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Ukrayna da Rusiyanın demək olar ki, bütün KİV orqanlarının ölkədə yayımlanmasına 3 illik sanksiya tətbiq edib. Moldova isə bir müddət əvvəl Rusiyanın 5 diplomatını arzuolunmaz şəxslər siyahısına salıb.

Kişinyovun bu addımını Moldova Prezidenti İqor Dodon dəstəkləməyib. Rusiya isə Moldovanın qərarına eyni addımla cavab verib.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR