BMT-dən Türkiyə və Rusiyanın birgə planına - Tərif
Suriyada atəşkəs zonalarının yaradılması İdlib və Hələb ətrafında zorakılığın ciddi şəkildə azalmasına səbəb olub.
Sfera.az xəbər verir ki, bu haqda Suriyada insan haqlarının pozulma hallarının araşdırılması ilə bağlı BMT-nin müstəqil komissiyasının sədri Paulo Pineyro danışıb.
O Cenevrədə BMT Şurasının qarşısında çıxışı zamanı bildirib ki, Türkiyə, Rusiya və İran tərəfindən razılaşdırılmış plan sayəsində yaradılmış atəşkəs zonaları zorakılığın qarşısını almağı bacarıb:
"Hərbi əməliyyatlar isə Homs, Dəməşq və Şimali Dara zonalarının ətrafında gedir. Bu rayonların humanitar yardıma ehtiyacı var".
Xatırladaq ki, mayın 3-4-də Astanada Suriya ilə bağlı keçirilən danışıqlarda qarant ölkələr – Türkiyə, Rusiya və İran Suriyada atəşkəs zonalarının yaradılması haqda memorandum imzalamışdılar.
Orxan
Sfera.az





