Logo

Londonda dəhşətli yanğın: yaralı və ölü sayı artıb

Londonda dəhşətli yanğın: yaralı və ölü sayı artıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərənin paytaxtı Londonda 24 mərtəbəli binada şiddətli yanğın baş verib.

Londonun cənubunda Latimer Road səmtində yerli vaxtla saat 01:15-də naməlum səbəbdən ikinci mərtəbədə başlayan yanğın bütün binanı bürüyüb və binanın çökmə təhlükəsi var. Əraziyə çox sayda polis, təcili yardım maşınları və xilasedici qruplar cəlb olunub.

Binada yaşayan insanların bir hissəsinin təxliyyə edildiyi, bir hissəsinin isə binanın üst mərtəbələrində qaldığı bildirilir.

Britaniyanın "Teleqraf” qəzeti hadisədə ən azı 30 nəfərin yaralandığını, onların xəstəxanaya yerləşdirildiyini yazır.

BBC binanın üst qatlarında insanların qaldığını və onların əl fənərləri ilə işarə verərək, yardım istədiyini yazıb. "Deyli Meyl"də yanan binada çıxmaq üçün yol axtaran sakinlərin yardım çağırışları etdiyini qeyd edib.

***

Türkiyənin "Milliyyət" qəzeti artıq hadisədə bir nəfərin həlak olduğunu yazıb.

***

Yanğın nəticəsində yaralananların sayının 50-yə çatdığı, ölü sayının artdığı deyilir.

"Sabah" qəzeti yanğının mənzillərdən birində soyuducunun partlaması nəticəsində meydana gəldiyini iddia edir.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR