Ankarada iclasda silahlı insident: 5 nəfər yaralandı
Kateqoriya məlum deyil
Ankarada baş verən silahlı insidentdə 5 nəfər xəsarət alıb.
Sfera.az xəbər verir ki, hadisə "Avtomobilçilər və Sürücülər” birliyinin iclası zamanı baş verib.
Toplantı zamanı yaranan mübahisə sonradan iştirakçıların silaha əl atması ilə daha da gərginləşib. Yaralanlar arasında birliyin sədri Fevzi Çaxmaq da var.
Sfera.az






