Angela Merkel: Brexit müzakirələrinə hazırıq

Angela Merkel: Brexit müzakirələrinə hazırıq
Almanya kansleri Angela Merkel 19 iyunda Britaniyanın Avropa İttifaqından çıxmasını nəzərdə tutan "Brexit" görüşlərinin başlayacağına ümid edir.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Merkel İngiltərədəki seçkilərə və yaranan siyasi xaosa baxmayaraq "Brexit" görüşlərinin keçirilməməsi üçün heç bir maneə görmədiyini deyib. O bildirib ki, İngiltərə Avropa İttifaqının üzvü olmaya bilər, lakin Avropanın bir hissəsidir, lakin biz bu ittifaqa daxil olan digər 27 ölkənin hüquqlarını müdafiə edəclər.

Qeyd edək ki, ötən gün İngiltərədə keçirilən parlament seçkilərinin nəticələri açıqlandı, hakim Mühafizəkarlar partiyası təkbaşına hökümət kabineti qurmaq hüququnu itirdi.

OXŞAR XƏBƏRLƏR