İslam ölkəsində “Amin” deyən cəzalandırılıb
18:00 / 09.06.2017
1308
Qazaxıstanda camaat namazında yüksək səslə "Amin” deyən cəzalandırılıb.
Qazaxıstanın qərbində Uralsk şəhər sakini Marat Muhanbetov camaatla namaz qılarkən yüksək səslə "Amin" dediyi üçün məhkəməyə verilib. Məhkəmə isə Muhanbetovun dini ibadətə mane olduğunu, ibadət zamanı səhv etdiyini və ibadətə qarşı hörmətsizliyə yol verdiyini əsas gətirərək, onun 250 dollar cərimə ödəməsi barədə qərar çıxarıb.
Muhanbetov haqqında səsləndirilən ittihamları rədd edərək, məhkəmənin pul cəzasını ödəməyə imkanı olmadığını bildirib.
Sfera.az