Buçada ölənlərin sayı 37-yə çatıb

Buçada ölənlərin sayı 37-yə çatıb
Kateqoriya məlum deyil
T

Rusiyanın Ukraynanın Kiyev vilayətinin, Buça rayonuna gecə saatlarında həyata keçirdiyi PUA hücumu nəticəsində ölənlərin sayı 37 nəfərə yüksəlib həyatını itirib, 42 nəfər yaralanıb.

Sfera.az xəbər verir ki, hücum zamanı Buça rayonunun Mila kəndində yerləşən anbar ərazisində güclü partlayış baş verib.

Məlumata görə, zərbədən sonra anbarda böyük yanğın başlayıb və alov yaxınlıqdakı yaşayış evlərinə də keçib. Hadisə nəticəsində beş ev və bir iaşə obyektində yanğın qeydə alınıb. Ərazidən 380-dən çox sakin təxliyə edilib. Ukrayna Prezidenti Volodimir Zelenskiy hücuma görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edib. Ukrayna Baş Prokurorluğu isə anbarda partlayıcı maddələrin saxlanmasının qanuniliyini və bunun üçün lazımi icazələrin olub-olmadığını araşdırmaq məqsədilə cinayət araşdırmasına başlayıb.

Rusiya Müdafiə Nazirliyi isə açıqlamasında Kiyev və Kiyev vilayətində hərbi məqsədlər üçün istifadə olunan logistika mərkəzləri və sursat anbarlarının vurulduğunu bildirib. Nazirliyin məlumatına görə, hücum yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə həyata keçirilib.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın cümə axşamından şənbə səhərinədək ölkəyə 267 PUA, həmçinin bir “Oniks” gəmiəleyhinə və bir “İsgəndər” ballistik raketi atdığını açıqlayıb. Bildirilib ki, PUA-lardan 233-ü hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib və ya zərərsizləşdirilib. İradə Elsevər

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR