Nigerdə silah səsləri: Prezident Sarayı hədəfə alındı

Nigerin paytaxtı Niameydə səhər saatlarında Diori Hamani Beynəlxalq Hava Limanı, hava limanının ərazisində yerləşən hərbi bazası və Prezident Sarayının ətrafında güclü silah səsləri və partlayışlar eşidilib.
Sfera.az xəbər verir ki, məlumatlara əsasən, silahlı şəxslər hava limanına hücum edib, eyni zamanda Prezident Sarayının təhlükəsizlik çərçivəsini yarmağa çalışıblar.
Hadisə ilə əlaqədar paytaxtın bir sıra ərazilərində təhlükəsizlik tədbirləri gücləndirilib, bəzi yollar bağlanıb və təhlükəsizlik qüvvələri əraziyə cəlb olunub.
Təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra hava limanı və Prezident Sarayı ətrafında nəzarətin bərpa edildiyi bildirilib. İlkin məlumatlara əsasən, bəzi hücum edənlər zərərsizləşdirilib, digərləri isə ərazidən qaçıb. Hadisəni törədənlərin kimliyi ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Hadisənin ölkədə 2023-cü ildə hərbi çevrilişlə hakimiyyətə gələn hərbi rəhbərlik üçün ciddi təhlükə yaratdığı bildirilir.
İradə Elsevər






