Rusiya Ukraynanı vurdu: 4 nəfər öldü

Rusiya Ukraynanı vurdu: 4 nəfər öldü
Kateqoriya məlum deyil
T

Rusiyanın Ukraynanın Xerson, Xarkov, Dnepropetrovsk, Zaporojye və Odessa vilayətlərinə zərbələri nəticəsində 4 nəfər ölüb, 32 nəfər yaralanıb.

Sfera.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyalarının rəhbərləri bildiriblər.

Xersonda səhər saatlarında pilotsuz uçuş aparatı ilə zərbə nəticəsində bir kişi ölüb. Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin məlumatına görə, daha 1 nəfər yaralanıb.

Xarkov Administrasiyasının rəhbəri Oleq Sinequbovun məlumatına görə, ötən sutka ərzində Rusiya qoşunları Xarkova və vilayətin 13 yaşayış məntəqəsinə zərbələr endirib. Təxminən 45 yaşlarında bir qadın ölüb, 11 nəfər isə yaralanıb.

Dnepropetrovsk vilayətində, Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın sözlərinə görə, Rusiya zərbələri nəticəsində 2 nəfər yaralanıb.

Zaporojyedə sutka ərzində 1 nəfər ölüb, 15 nəfər yaralanıb. Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib ki, yaşayış evlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zədələnməsi ilə bağlı 51 məlumat daxil olub.

Odessa vilayətində kütləvi gecə zərbələri nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb. Bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib./Report

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR