Erməni sosial şəbəkələri Qarabağda həlak olmuş əsgərlər haqda dəhşətli məlumatlar yaydı

Erməni sosial şəbəkələri Qarabağda həlak olmuş əsgərlər haqda dəhşətli məlumatlar yaydı
Ermənistanın sosial şəbəkə istifadəçiləri son üç gün ərzində Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən düşmən qoşunlarında baş verən hadisələrlə bağlı şok paylaşımlar ediblər.
 
Sfera.az virtualaz.org-a istinadən məlumat verir ki, iyunun 6-da Tonaşen dağ-atıcı alayının Qriqoryan soyadlı əsgəri ona qarşı edilən qeyri-insani davranışlardan bezərək odlu silahla özünə xəsarət yetirib. Hazırda hospitalda həkimlərin nəzarəti altında saxlanılan, ağır vəziyyətdə olan əsgərlə valideynlərinin görüşməsinə icazə verilmir.

İyunun 7-də Hadrutda yerləşən alayda baş verən qanlı insident nəticəsində 2 hərbi qulluqçunun ölməsi barədə də sosial şəbəkələrdə məlumatlar yayılıb. Belə ki, Ermənistandan hərbi xidmətə çağırılaraq Qarabağa göndərilən əsgər komandiri tərəfindən təhqirlərə məruz qalıb. Fiziki təzyiqlərə dözməyən əsgər əvvəl odlu silahla zabiti qətlə yetirib, sonra isə özünü də güllələyib. Hadisədən dərhal sonra Xankəndindən hərbi hissəyə gələn istintaq komissiyası tərəfindən faktla bağlı araşdırma başlayıb.

Sosial şəbəkələrdə yayılan digər xəbərlərdə isə iyunun 8-də işğal altında olan Cəbrayıl ərazisində yerləşən hərbi hissələrdən birində əsgərlər Tiqran Qalustyanla İşxan Melkumyan arasında məişət zəminində münaqişə baş verdiyi bildirilir. İ.Melkumyan sərəncamında olan avtomatla T.Qalustyanı yaralayaraq silahla hərbi hissəni tərk edib. Tiqran Qalustyanın orta-ağır vəziyyətdə Cəbrayıldakı hərbi hospitala yerləşdirildiyi, digər əsgər İ.Melkumyanın isə axtarışlarının davam etdirildiyi bildirilir.

OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...