Britaniyada parlament seçkiləridir - Bu gün

Britaniyada parlament seçkiləridir - Bu gün

Bu gün Britaniyada parlament seçkisi baş tutacaq.

Sfera.az xəbər verir ki, seçkidə əsas mübarizə Baş nazir Tereza Meyin Mühafizəkarlar Partiyası ilə müxalif Leyboristlər Partiyası arasında gedəcək. Parlamentdə 326 yerə sahiblənən partiya hökuməti təkbaşına qura biləcək.

Qeyd edək ki, seçkidə 46,9 milyon seçici iştirak edəcək. Onlar 650 deputat seçəcəklər.

Bu, Britaniyada növbədənkənar parlament seçkisidir. Mey bu seçki sayəsində Breksit danışıqlarında daha güclü olmağa çalışır.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR