Əlcəzairdə güclü yanğın: 12 nəfər həyatını itirdi

Əlcəzairdə güclü yanğın: 12 nəfər həyatını itirdi
Kateqoriya məlum deyil
T

Əlcəzairin şərqindəki vilayətlərdə baş verən meşə yanğınları nəticəsində 12 nəfər həyatını itirib.

Sfera.az xəbər verir ki, Əlcəzair mediasının məlumatına görə, ölkənin daxili işlər naziri Səid Sayut ölkənin şərq bölgələrində davam edən yanğınlarla bağlı açıqlama verib.

Nazir bildirib ki, ilkin hesablamalara əsasən, yanğınlar nəticəsində 12 nəfər həyatını itirib.

Ölənlərin vilayətlər üzrə bölgüsünə dair məlumat verən Sayut qeyd edib ki, Bejaya vilayətində 4, Cicel vilayətində 5, Tizi Vuzu vilayətində isə 3 nəfər ölüb.

Bölgədə yanğınların söndürülməsi istiqamətində işlərin davam etdiyi bildirilib.

Əlcəzair Mülki Müdafiə Baş İdarəsinin dünən yaydığı açıqlamada isə isti hava dalğası səbəbindən ölkənin müxtəlif bölgələrində 58 meşə yanğınının baş verdiyi, onlardan 21-nin nəzarət altına alındığı, 37 yanğının söndürülməsi istiqamətində işlərin davam etdiyi qeyd olunub.

Qeyd edək ki, Əlcəzairdə ötən ay baş verən güclü meşə yanğınları nəticəsində 6 nəfər həyatını itirmişdi.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR