Logo

Türkiyədən İrana başsağlığı

Türkiyədən İrana başsağlığı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Xarici İşlər Nazirliyi İrana başsağlığı məktubu göndərib.

Məktubda İranda törədilən terror teraktını qınayan Türkiyə tərəfi baş verənlərə görə kədərləndiyini bildirib.

"Bu mənfur hücumları qınayır, həyatını itirənlərə Allahdan rəhmət diləyirik. İran xalqına və hökumətinə başsağlığı verir, yaralılara şəfa arzulayırıq”, - məktubda qeyd edilib.

Qeyd edək ki, bu gün İranda parlament binasına təşkil edilən hücumda və Xomeyninin məzar kompleksi yanında törədilmiş terakt nəticəsində 12 nəfərin öldüyü, 39 nəfərin yaralandığı bildirilir.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR