Makron məktəblilərə telefonu qadağan etdi

Fransa Prezidenti Emmanuel Makron yeni tədris ilindən etibarən lisələrdə mobil telefon istifadəsinin qadağan ediləcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Makron sosial media hesabında paylaşdığı açıqlamada uşaqları ekranların mənfi təsirlərindən qorumaq üçün daha çox gözləyə bilməyəcəklərini bildirib. Prezident lisələrdə mobil telefon istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan qanunun artıq qüvvəyə mindiyini açıqlayıb.
Yeni qayda sentyabrın 1-də başlayacaq yeni tədris ilindən etibarən tətbiq ediləcək.
Makronun sözlərinə görə, mobil telefonların istifadəsinin məhdudlaşdırılması məktəblərdə tədris mühitində sakitliyin və nizam-intizamın bərpasına kömək edəcək.
Fransa Prezidenti uşaqların ekran qarşısında keçirdiyi vaxtın mənfi təsirlərindən qorunmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə daha çox tədbir görüləcəyini bildirib.
İradə Elsevər
Sfera.az






