4 ölkəsi Qətərə diplomatik savaş elan etdi

4 ölkəsi Qətərə diplomatik savaş elan etdi

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə diplomatik münasibətlərini dayandırıb.

Rəsmi Doha ilə münasibətləri ilk dayandıran ölkə Bəhreyn olub. Manama bu addımı Qətərin Bəhreyndə stabilliyə və təhlükəsizliyə təhdid yaratması, krallığın daxili işlərinə müdaxilə və Qətərin terror təşkilatlarına dəstəyilə əlaqədar atdığını bildirib. Bəhreyn həmçinin Qətərlə hava və dəniz əlaqələrini də dayandırıb, bu ölkənin vətəndaşlarının krallığa gəlməsinə qadağa qoyub.

Bəhreyndən bir neçə dəqiqə sonra Qətərə qarşı analoji addımı Ər-Riyad, Qahirə və Əbu-Dabi də atıb. Səudiyyə Ərəbistanı və Misir bu ölkə ilə quru, hava və dəniz əlaqələrini dayandırıb. Səudiyyə Ərəbistanı həmçinin Qətərin İŞİD və Əl Qaidəyə verdiyi dəstək ucbatından Yəməndəki hərbi əməliyyatlardan uzaqlaşdırıldığı bildirilib.

Ərəbistan bütün Qətər vətəndaşlarının krallıq ərazisini tərk etməsi üçün 14 gün vaxt verib. Ər-Riyad ölkə ərazisində yalnız həcc ziyarətini icra edən qətərlilərin qalmasına izn verib.

Analoji addımı Birləşmiş Ərəb Əmirlikləri də atıb. BƏƏ-nin "Etihad Eyrveys” şirkəti Qətərə uçuşları tam dayandırıb.

Qeyd edək ki, 4 ölkənin hər biri Qətərin İranla yaxınlaşması siyasətinin kəskin əleyhdarıdır.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...