ABŞ dünyanın ən böyük təyyarəsini təqdim edib

ABŞ dünyanın ən böyük təyyarəsini təqdim edib

ABŞ-ın Kaliforniya ştatının Moxave səhrasında ilk dəfə olaraq dünyanın ən böyük nəqliyyat təyyarəsi nümayiş etdirilib.

Bu barədə informasiyanı təyyarənin hazırlığını həyata keçirən "Stratolanç” şirkəti yayıb. Şirkət bu təyyarənin ilk dəfə anqarı tərk etdiyini bildirib.


Qanadlarının uzunluğu 117 metr olan təyyarənin çəkisi 230 tondur. Onun 15 metr hündürlüyü və 28 təkəri var. Təyyarə 250 ton yük daşımaq gücündədir.

"Stratolanç”ın təyyarəsi Pegasus XL raket daşıyıcılarının buraxılması üçün hava platforması kimi istifadə ediləcək.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR