Litva Rusiya və Belarus sərhədində xəndəklər qazacaq

Litva Rusiya və Belarus sərhədində xəndəklər qazacaq
Kateqoriya məlum deyil
T

Litva Rusiya və Belarusla sərhədində müdafiə məqsədilə xəndəklər qazmağı planlaşdırır.

Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Yaxın Xaric” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, söhbət Litvanın sərhəd xəttində mümkün hərbi təhdidlərə qarşı müdafiə tədbirlərinin gücləndirilməsindən gedir.

Litva son illərdə Rusiya və Belarusla sərhədlərinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. Vilnüs regionda təhlükəsizlik vəziyyətinin gərginləşməsi fonunda sərhəd müdafiəsinin gücləndirilməsini prioritet istiqamətlərdən biri hesab edir.

Qeyd edək ki, Litva NATO üzvüdür və həm Rusiya, həm də Belarusla sərhəddə yerləşir.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR