Kolumbiyada fövqəladə vəziyyət elan olundu - Dağıntılar çoxdur

Kolumbiya Prezidenti Abelardo de la Espriella ölkədə baş vermiş güclü zəlzələdən sonra fövqəladə vəziyyət rejiminin elan edilməsi ilə bağlı fərman imzalayıb.
Sfera.az xəbər verir ki, bu barədə “Tiempo” nəşri məlumat yayıb.
Bu arada CNN telekanalı yerli rəsmilərə istinadən təbii fəlakət nəticəsində ölənlərinin sayının 200-dən çox olduğunu bildirib. Yaranmış böhranlı vəziyyətlə əlaqədar dünyanın bir çox hökümətlərindən Kolumbiyaya yardım təklifi gəlib.
Avqustun 10-da Kolumbiyada 7,4 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Çoko departamentinin San-Xose-del-Palmar bələdiyyə ərazisində yerləşib.
Yeraltı təkanlar paytaxt Boqotada, eləcə də Pereyra və Manisales şəhərlərində hiss olunub. Çoxsaylı evlər dağılıb. Ölkədə fövqəladə vəziyyət elan edilib. Bir çox avtomobil yollarında hərəkət məhdudlaşdırılıb, hava limanlarının fəaliyyəti isə müvəqqəti dayandırılıb./Trend






