Putinin heykəli oğurlandı

Kateqoriya məlum deyil
T
Rusiya Prezidenti Vladimir Putinin Danimarkanın Orxus şəhərindəki parkda yerləşdirilən heykəli quraşdırıldıqdan cəmi altı saat sonra hücuma məruz qalıb.
Sfera.az xəbər verir ki, “Radio4” radiostansiyası reklam kampaniyası çərçivəsində Danimarkaya dünyanın ən çox müzakirə olunan beş şəxsinin heykəllərini hədiyyə edib.
Rusiya liderindən başqa İsrail Baş naziri Benyamin Netanyahu, Danimarka Baş naziri Mette Frederiksen, erməniəsilli aktrisa Kim Kardaşyan və amerikalı milyarder İlon Maskın büstləri də təqdim olunub.
Altı saat sonra Putinin heykəlinin başı mişarla kəsilərək oğurlanıb./Teleqraf






