Tramp: Mən İrana etibar edəcək sonuncu insanam

Kateqoriya məlum deyil
T
ABŞ Prezidenti Donald Tramp İranla bağlı vəziyyətin normal inkişaf etdiyini və Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Hörmüz boğazına tam nəzarət etdiyini bildirib.
Sfera.az-ın məlumatına görə, o, bu barədə Vaşinqton yaxınlığındakı Endryus aviabazasında jurnalistlərə bildirib.
"İranla bağlı hər şey qaydasındadır - tamamilə normaldır. Biz Hörmüz boğazına tam nəzarət edirik. Biz onu idarə edirik; başqa heç kim, ancaq biz. Bizim Hərbi Dəniz Qüvvələrimiz inanılmazdır və ölkəmizdə işlər ələ gedir", - Tramp deyib.
Tramp həmçinin Tehrana etibar etmədiyini də əlavə edib.
"Mən İrana etibar edəcək sonuncu insanam; onlar məni dəfələrlə aldatdılar. Hazırda Hörmüz boğazına tam nəzarət edirik, onlar isə onu idarə etmirlər", - o deyib.






