Fahişəxanaların "sevimli qonağı", atasının məşuqəsinə tamah salan prezident

Fahişəxanaların
Hər il mayın 29-da amerikalılar Con Kennedini böyük ehtiramla yad edirlər. Məhz doğum günündə ABŞ-ın 35-ci prezidentinin siyasi fəaliyyəti, yarımçıq qalmış prezidentlik dövrü, hətta şəxsi həyatı bir daha xatırlanır.

Yarım əsrdən artıq bir vaxt ötməsinə baxmayaraq Con Kennedi amerikalıların əksəriyyəti tərəfindən ən yaxşı prezidentlərdən biri kimi qəbul olunur. 1990-cı ildən Hellap institutunun keçirdiyi sorğu nəticəsində Amerikanın 35-ci prezidenti hər dəfə populyarlıq qazanaraq birinci yeri tutur.
 
Sfera.az modern.az-a istinadən Con Kennedi ilə bağlı yazını təqdim edir:
 
Con Kennedi 1917-ci il mayın 29-da Bruklaynda doğulub. İrland mənşəli katolik ailəsində dünyaya göz açan Conun atası ABŞ-da ən cavan bank müdirlərindən olub. Uşaqlıq illərində çox zəif olan və tez-tez xəstələnən gələcək prezident elmə, təhsilə, kitablara və hətta məktəb illərində qəzetlərə xüsusi marağı ilə fərqlənib. Bu maraq onda o qədər güclü olub ki, o, iyirmi dəqiqəyə dörd qəzet oxuya bilirmiş. 
1935-ci ildə orta məktəbi bitirən Con Kennedi London İqtisadiyyat Məktəbinə, sonra isə Prinston Universitetinə daxil olub. 1940-cı il iyunun 21-də isə Harvard Universitetini bitirib. Təhsilini başa vurduqdan sonra ordu sıralarına daxil olan Con Sakit okeanda torpedo katerində xidmət edib. O, burada leytenant rütbəsi alıb, xidmətdə fərqləndiyinə görə Hərbi Dəniz Qüvvələrinin mükafatlarına layiq görülüb. 1943-cü ildə isə Dəniz Piyadaları Medalı ilə təltif olunub.
 
Kennedinin siyasi karyerasında İngiltərənin Münhen sövdələşməsindən bəhs edən "İngiltərə niyə yatmışdı?" adlı kitabı böyük rol oynayıb. 1946-cı ilin əvvəlində Kennedi ABŞ Konqresinin Nümayəndələr Palatasına öz namizədliyini təqdim edib. 1947-53-cü illərdə o, on birinci Massaçusets Konqres dairəsindən Nümayəndələr Palatasının üzvü, 1953-cü il yanvarın 3-dən 1960-cı il dekabrın 22-dək isə senator olub. Bu dövrdə o, Duayt Eyzenhauerin siyasətini tənqid edib. 
1953-cü il sentyabrın 12-də Kennedi Jaklin Buvye ilə ailə həyatı qurub. Nigah mərasimi Nyu-Portda keçirilib. Bu evlilikdən 4 uşaq doğulub ki, bunlardan 2-si doğulduqdan dərhal sonra vəfat ediblər.
 
1960-cı il yanvarın 2-də Kennedi özünün prezidentliyə namizədliyini irəli sürməsi haqqında qərarını elan edib. Onun Demokratlar Partiyasından rəqibləri Hubert Hemfri, Stüart Sayminqton, Adlay Stivenson və Lindon Conson olub. Bütün prezidentliyə namizədlərdən Kennedi müxtəlif ştatlara daha çox səfərlər edib və seçki kampaniyasında başqa namizədlərdən daha çox fərqlənib. Bu ərəfədə onun nitqlərindən ibarət "Sülhün strategiyası" adlı toplu dərc edilib. 1960-cı il iyulun 13-də Demokratlar Partiyasının Qurultayı prezident seçkilərində partiyanın vahid namizədi kimi Con Kennedini irəli sürüb. O, 20 yanvar 1961-ci ildə ABŞ tarixində ilk katolik və Teodar Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olub.
 
Con Kennedi prezidentliyi dovrundə ciddi sosial-iqtisadi proqramlar həyata keçirib, hərbi blokların və ABŞ Silahlı Quvvələrinin gucləndirilməsinin tərəfdarı olub. 1962-ci ilin oktyabrında SSRİ-nin Kubada nüvə raketləri yerləşdirmək cəhdi ilə əlaqədar Sovet-Amerika munasibətləri son dərəcə gərginləşdiyi dövrdə məsələni danışıqlar yolu ilə həll etməyə nail olub, novbəti dunya muharibəsinin başlanmasının qarşısını alıb.
 
Con Kennedi 1963-cu il noyabrın 22-də Texas ştatının Dallas şəhərində qətlə yetrilib. Həmin gün saat 12:30-da Kennediyə snayperdən iki dəfə atəş açılıb, birinci  onun boynuna, ikincisi isə başına dəyib.
 
Prezident mühafizəsinin zabiti Klinton Hill Kennedini qorumaq üçün yük yerinə çıxıb və prezidentin avtomobili sürətlə Parklend Hospitalına üz tutub. Həkimlər iyirmi dəqiqə ərzində Kennedini xilas etməyə çalışıblar, lakin saat 1-də rəsmi olaraq onun ölüm xəbəri elan edilib. Saat 13:46-da Senat işini dayandırıb, bir dəqiqə sonra Nyu-York birjası bağlanıb. Saat 13:49-da sui-qəsd haqqında əhaliyə xəbər verilib. Saat 15:41-də tabut Vaşinqtona uçan prezident təyyarəsinə yüklənib. Vaşinqtonda tabut gücləndirilmiş mühafizə altında Endrüs hava bazasına çatdırılıb. Noyabrın 25-də Con Kennedi Arlinqton milli qəbiristanlığında torpağa tapşırılıb.
Rəsmi qatili sayılan Li Harvi Osvald həbs edilsə də, hadisə ilə bağlı şubhələr və müəmmalar hələ də qalmaqdadır. Çunki qatil özunu gunahkar bilməyib və iki gun sonra isə polis əməkdaşları tərəfindən gullələnib.
 
Con Kennedinin xatirəsi amerikalılar tərəfindən əziz tutulur və o həmişə ehtiramla yad edilir. Onun şəkli 1964-cü ilin 50 sentlik qəpiklərində yer alıb. 1963-cü ildə Nyu-Yorkda yerləşən Aydlaud hava limanı onun şərəfinə Con Kennedi adına hava limanı adlandırılıb. 1966-cı ildən Harvard Universitetinin fakültələrindən biri Con Kennedinin adını daşıyır.
 
Var-dövlətinə görə ABŞ-ın ən varlı prezidenti hesab olunan Kennedi, prezidentlər arasında yeganə Pulitser mükafatı laureatıdır. O, bu mükafata müəllifi olduğu "Şücaətin xassələri" kitabına görə layiq görülüb.
 
Amerikanın 35-ci prezidenti Con Kennedi zamanından əvvəl dünyasını dəyişsə də onun söylədiyi dəyərli bir fikir istənilən zaman və məkanda öz böyük mənasını itirmir:  "Soruşma ki, ölkə sənə nə verə bilər, özündən soruş ki, sən ölkəyə nə verə bilərsən..."
 
Con Kennedini amerikalılar siyasi fəaliyyəti ilə yanaşı eşq macəraları ilə də xatırlayırlar. Həyatı sevgi oyunları ilə zəngin olan Kennedi yüzlərlə qadın qəhrəmanlarının yaddaşında Amerikanın ən yaraşıqlı və ən ehtiraslı kişisi kimi qalıb. Amerika lideri öz şəhvətini söndürmək üçün istənilən statusda olan qadınlarla, küçə fahişələrindən tutmuş məşhur xanımlara qədər öz yatağını bölüşməyə hazır olub. Hələ 17 yaşında olarkən Con Kennedi ətrafdakı fahişəxanaların ən "sevimli qonağı" sayılıb.
 
Con Kennedi öz sevimli məşğuliyyətini gizli saxlamaq istəsə də buna nail ola bilməyib. Çünki o, bu məşğuliyyətindən zamanından və harda olmasından, xarici səfərlərində, istirahətdə, hətta Ağ evdə də əl çəkə bilməyib. Prezident ehtirasının qurbanları öz xatirələrində bunu bir daha təsdiq edir.
 
19 yaşlı Mimi Alford Ağ evin mətbuat xidmətində təcrübə keçməyə gəldiyi elə ilk gün prezidentin nəzərindən yayınmayıb. Kennedi xanımı öz kabinetinə çağırtdırıb, ona Ağ evi gəzdirməyi təklif edib. Prezidentin mətbuat xidmətinin gələcək əməkdaşı bu təklifdən təəcüblənsə də imtina etməyib. Qısa bir ekskursiyadan sonra Kennedi onu içkiyə qonaq edib. Ağ evlə tanışlığın sonu Kennedinin istirahət otağındakı divanda yekunlaşıb.
 
Öz ehtirasının qulu olan Con Kennedi həyat yoldaşı Jaklin Kennedinin mətbuat katibi, 21 yaşlı Pamelanı da öz məşuqəsinə çevirməkdən çəkinməyib. 
 
Kennedinin sevgi macəralarında ən maraqlı faktlardan biri də odur ki, o vaxtilə atasının məşuqəsi olmuş alman aktrisası Marlen Ditrixdən də ehtirasını əsirgəməyib. Yaşca özündən böyük olsa da Kennedi Marlen Ditrixlə yataq zövqündən özünü məhrum etməyib.
 
Kennedinin məşuqələrindən biri də Jaklinin yaxın rəfiqəsi, Mərkəzi Kəşfiyyat idarəsinin agenti Kordom Meyerin həyat yoldaşı, rəssam Mariya Pinçot olub. O, nüvə silahları və Kuba məsələsi ilə bağlı prezidentə təsir göstərmək gücünə malik olub. 1963-cü ildə Con Kennedi öldürüldükdən sonra Mariya Pinçotun həyatına da böyük təhlükə yaranıb. 1964-cü ilin oktyabrında o da müəmmalı şəkildə qətlə yetirilib. Araşdırmaçıların fikrinə görə Mariya Pinçotda Kennedinin qətli ilə bağlı bəzi məlumatlar olub.
 
Növbəti məşuqələrindən biri olan Judit Kempbell Con Kennedinin prezident seçilməsində xüsusi fəallıq göstərib. Onların tanışlığı Kennedinin senator olduğu dövrə təsadüf edib. Kempbellin Kennedidən əvvəl tanınmış aktyor Frenk Sinatra və Amerika qantsteri Sem Janka ilə eşq macəraları olub. Seçki kampaniyasında seçicilərə təsir etmək imkanı olan bu tanınmış amerikalıları Kennedinin xeyrinə işləməyi məhz Kempbellin səyi nəticəsində baş tutub.
 
Kennedinin saysız-hesabsız məşuqələrinin arasında ən iddialısı və səs-küylüsü Hollivud ulduzu, dünya kinosunun seks simvolu sayılan Merilin Monrodur. Monronun iddiası təkcə Kennedi ilə bir yataqda yatmaq yox, çoxları üçün əlçatmaz olan Kennedini bütövlükdə qarşısında ram etmək olub. Tanışlıqlarından qısa müddət keçdikdən sonra Monro Kennedinin həyatında məşuqə olmaqla kifayətlənməyib. Kennedi ona çox inanıb, elə bu inamın müqabilində Monro Kennedinin demək olar ki, bütün şəxsi həyatına daxil olub. Monro Amerikanın birinci xanımı olmaq arzusu ilə yaşayıb. O, birinci xanımlara xas olan bütün qayda-qanunları, xarici səfərlərdə prezidentin yanında necə davranmağı da öyrənib. Bir sözlə Kennedinin qanuni həyat yoldaşı olmaq üçün mümkün olan bütün cəhdləri edib. Hətta bir dəfə birlikdə yataqda olarkən Kennedinin həyat yoldaşı Jaklinə zəng vuraraq prezidentin onunla bir yataqda olduğunu da söyləyib. Jaklin isə həmişə olduğu kimi təmkinini pozmayıb:

- Onda buyurun gəlin Ağ evə və sabahdan bütün problemləri öz üzərinizə götürün.
 
Monronun hərəkətlərinin qarşısı alınmazsa onun daha nələrə əl atacağını dərk edən Kennedi baş verə biləcəklərin siyasi karyerasına da zərbə olacağını düşünüb və bu münasibətlərdən yavaş-yavaş geri çəkilməyə başlayıb. Hətta Kennedi  Monronu öz qardaşı ilə ünsiyyətdə olmasına şərait yaradıb və elə düşünüb ki, bununla da hər şeyə son qoyulacaq. Ancaq Monro öz iddasından əl çəkməyib. Onun tərəfindən Kennedi ilə bağlı bütün münasibətlərini dünya ictimaiyyətinə çatdıracağı kimi hədələr də səslənib. Kennedi bütün münasibətlərə, telefon zənglərinə, çağırışlara son qoyduqdan sonra içkiyə və psixotrop dərmanlara qurşanan Monro 1962-ci ilin avqustun 5-də vəfat edib. Onun müəmmalı ölümü haqqında hələ bu günə qədər də müxtəlif fikirlər səslənir. Hətta bu ölümdə Kennedi qardaşlarının əlinin olduğu da söylənilir.

Kennedi adminstrasiyasında çalışanlardan biri öz xatirələrində yazır ki, Ağ ev Con Kennedi prezident olduğu dövrdəki kimi bu qədər qadın görməmişdi. Barlarda striptiz göztərənlərdən tutmuş məmur xanımlarına qədər Kennedinin yanında olurdular. Daha sonra qeyd olunur ki, Kennedi intim həyatında keyfiyyətdən çox kəmiyyətə üstünlük verib, bəzən elə olub ki, Kennedinin      yatağında bir-neçə qadın eyni vaxtda olublar və prezident bu əlaqələrdən heç bir mənəvi zövq almayıb, sadəcə öz tələbatını ödəyib.
 
Kennedinin həyat yoldaşı Jaklin ərinin ona etdiyi bütün xəyanətlərdən xəbərdar olub. Prezident öz həyat yoldaşını tez-tez şəhər ətrafındakı istirahət evinə göndərəndə Jaklin yaxşı başa düşüb ki, Kennedi yeni məşuqələri ilə əyləncəyə hazırlaşır. Hətta bir dəfə Jaklin öz yataqlarından qadın alt paltarı tapanda ərindən soruşub:

- Cən bilmirsən bu kimindir? Axı manim belə alt paltarım yoxdur.
 
Təbii ki, Kenedi bu sualın cavabını verə bilməyib. Sadəcə gülümsəyib, vəssalam...

OXŞAR XƏBƏRLƏR