Moskvada həyat iflic oldu — 11 ölü, 50 yaralı + VİDEO, FOTO

Moskvada həyat iflic oldu — 11 ölü, 50 yaralı + VİDEO, FOTO

Rusiya paytaxtı Mosvka şəhərində güclü qasırğa baş verib
 
Sfera.az xəbər verir ki, küləyin gücü saniyədə 22 metr olub. Təbii hadisə nəticəsində 11 nəfər ölüb, 50 insan yaralanıb. Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəhbəri Yuliya İvanova məlumat verib.

"Moskvanın şimal-şərqində, cənub-qərbində və şərqində qasırğa nəticəsində ağaclar yaxınlıqdan keçən sakinlərin üzərinə aşıb. Aldığı xəsarətlərdən 5 nəfər hadisə yerində ölüb. Bundan əlavə, elə həmin gün güclü külək nəticəsində Kirovoqradsk küçəsində dayanacağın konstruksiyası qırılıb. Nəticədə yaşlı kişi hadisə yerində ölüb", - deyə İvanova bildirib.
 
Qasırğa şəhərin infrastruktruna da ziyan vurub. 400-dən çox ağac aşıb, yol kənarındakı tikililərin damı uçub.

Təbii hadisə aeroportların iişini iflic edib. Moskva hava limanlarında 30-dan çox uçuş ləğv edilib. Yollarda avtomobillərin hərəkəti mümkünsüz olub.


Ölkə.Az
 
| ]

 


OXŞAR XƏBƏRLƏR