Mariya Zaxarova: Mehriban Əliyevanın fəaliyyəti heyranlıq hissi doğurur

Mariya Zaxarova: Mehriban Əliyevanın fəaliyyəti heyranlıq hissi doğurur
Azərbaycan Respublikasının birinci vitse-prezidenti, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti hörmət, həmçinin heyranlıq hissi doğurur.

Sfera.az xəbərinə görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən 28 May - Respublika Günü ilə bağlı təşkil edilmiş tədbirdə "Vestnik Kavkaza” nəşrinin əməkdaşı ilə söhbət zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Bir müddət əvvəl ilk dəfə Bakıya gələndə və şəhərin yeni müasir simasını görəndə, onun necə sevgi və qayğı ilə tikildiyinə heyran olmuşdum”, - Rusiya XİN nümayəndəsi söyləyib.

"Həmin səfər zamanı bir az sərbəst vaxtımız oldu və bizə şəhərin qədim hissəsini göstərdilər. Mən bütün o muzeyləri, incəsənət və sənətkarlıq sərgilərini görəndə soruşdum ki, tarixi tikililərin, adət-ənənələrin, bütün bu mədəni irsin yeni müasir texnologiyalarla belə uğurlu harmonik birləşməsinə necə nail olmaq olar”, - Zaxarova danışıb.

"Və mənə bildirdilər ki, bütün bunlarda ölkənin birinci xanımı Mehriban Əliyevanın böyük əməyi var. Bundan sonra mən Mehriban xanımın işi barədə maraqlandım və onun fəaliyyəti məni heyrətləndirdi. Bu barədə Azərbaycanın Moskvadakı səfəri ilə də söhbət etmişəm, o da, hər şeyi təsdiqləyib, - Rusiya XİN-nin rəsmi nümayəndəsi bəyan edib.

"İlk səfərimdən sonra bir neçə dəfə Bakıda oldum. Şəhərin ildən-ilə daha da maraqlı, gözəl və müasir olmasını müşahidə edirəm. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın bütün layihələrə necə rəhbərlik etdiyinin şahidi oluram və qeyd etmək istəyirəm ki, onun fəaliyyəti səmimi hörmət və heyranlıq hissi doğurur. 

OXŞAR XƏBƏRLƏR