Logo

Rusiyada Azərbaycan vətəndaşları qəzaya düşdülər: xəsarət alanlar var

Rusiyada Azərbaycan vətəndaşları qəzaya düşdülər: xəsarət alanlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyada KamAZ markalı yük avtomobili ilə VAZ markalı minik avtomobili toqquşub.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Novorossiyskdə gecə saatlarında baş verib.

Qəza nəticəsində minik avtomobilində olan iki nəfər ağır xəsarət alıb. Onların Azərbaycan vətəndaşları olduğu bildirilir.

Qeyd olunur ki, VAZ-ın sürücüsü, 1987-ci il təvəllüdlü şəxs çoxsaylı bədən xəsarətləri və kəllə-beyin silkələnməsi travması ilə xəstəxanaya çatdırılıb. Onun sərnişininin (1991-ci il təvəllüdlü) də başından ağır zədə aldığı bildirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR