Ərdoğan NATO yolunda gözlənilməz sürprizlə qarşılandı
Dünya
10:35 / 25.05.2017
958
NATO sammitinə qatılmaq üçün Belçikanın paytaxtı Brüsselə gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanında sürprizlə qarşılaşıb.
Ərdoğanı hava limanında qarşılayanlar arasında bir müddət "Trabzonspor” klubunda çıxış edən və hər kəsin sevimlisinə çevrilən qvineyalı keçmiş futbolçu İbrahim Yattara da olub. Prezident Yattara ilə çox səmimi şəkildə görüşüb, söhbət edib və xatirə fotosu çəkdirib.
Qeyd edək ki, bu gün ABŞ Prezidenti D.Trampın da iştirakı gözlənilən NATO sammiti keçiriləcək. NATO baş katibi Stoltenberq Alyansın Suriyada Amerikanın rəhbərlik etdiyi koalisiyaya qoşulması imkanlarının müzakirə ediləcəyini ötən gün açıqlamışdı.
Bu gün NATO-nun koalisiyaya rəsmən daxil olduğunu elan edəcəyi gözlənilir.
Sfera.az