Ruhani ABŞ və Ərəbistana meydan oxuyub

Ruhani ABŞ və Ərəbistana meydan oxuyub

İran Prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanının ABŞ-dan külli miqdarda silah alması məsələsinə toxunub.

O, ABŞ-ın Səudiyyə Ərəbistanına milyardlarla dollarlıq silah satmasına qarşı İranın hərbi potensialını necə gücləndirəcəyi ilə bağlı sualı belə cavablandırıb:


"Səudiyyə Ərəbistanı silah almağı düşünə bilər, amma biz özümüz istehsal etdiyimizdən, buna ehtiyacımız yoxdur. Ərəbistan aldığı silahları istifadə etməkdə acizdir. Onlar bu məsələdə kömək üçün amerikalı məsləhətçiləri bölgəyə gətirəcəklər”.

İranın raket sınaqlarını dayandırması üçün Vaşinqton rəhbərliyinin etdiyi çağırışdan söz açan Ruhani "İran nə vaxt raket sınağına ehtiyac duysa, bunu edər və bu mövzuda ABŞ-dan icazə almaz”, - deyib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR