Ərdoğan Vaşinqtonda səfərdə

Ərdoğan Vaşinqtonda səfərdə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın paytaxtı Vaşinqtonda səfərdədir.

"Endryus" hava bazasında Türkiyənin dövlət başçısını ABŞ-ın Protokol xidmətinin nümayəndəsi Rozmari Pauli və Türkiyənin Birləşmiş Ştatlardakı səfiri Sərdar Kılıç qarşılayıb.

Səfər zamanı Türkiyə prezidentini həyat yoldaşı Əminə Ərdoğan, Ədliyyə naziri Bəkir Bozdağ, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İqtisadiyyat naziri Nihat Zeybəkçi, Energetika və Təbii Resurslar naziri Bərat Albayrak və milli müdafiə naziri Fikri İşıq müşayiət edirlər.

Türkiyə prezidenti həyat yoldaşı ilə birgə "Bler Haus” prezident iqamətgahına yollanıb.

Səfər çərçivəsində Türkiyə və ABŞ prezidentlərinin görüşü nəzərdə tutulub. Bundan başqa, R.T.Ərdoğan biznes cəmiyyətinin nümayəndələri, ekspertlər və QHT rəhbərləri ilə görüşəcək. (report)


Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı oldu

Bakının Binəqədi rayonunda antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub.   Sfera.az xəbər verir ki, tədbirdə Bin...

Ərdoğan: İsrail Livana hücumları ilə müharibəni bölgəyə yaymağa çalışır

İsrailin Livana son hücumlar İsrail administrasiyasının müharibəni bölgəyə yaymaq planları ilə bağlı narahatlığımızı əsaslandırdı.   Sfera.az xəbər k...

Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb

Astara rayonunda 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az-ın Report-a istinadən məlumatına görə, hadisə Astara rayonunun Sel...