ABŞ İranın dəmir yolu xəttini vurdu: Hərəkət dayandırıldı

ABŞ İranın dəmir yolu xəttini vurdu: Hərəkət dayandırıldı
Kateqoriya məlum deyil
T

ABŞ-nin İranın paytaxtı Tehran ilə Məşhəd şəhərini birləşdirən dəmir yolu xəttinə endirdiyi zərbə nəticəsində bu marşrut üzrə sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.

Sfera.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, bunu Xorasan Dəmir Yollarının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Cavad Miracifer açıqlayıb.

Onun sözlərinə görə, ABŞ-nin hücumu nəticəsində Tehran-Məşhəd dəmir yolu xəttinin bir hissəsinə ziyan dəyib və təhlükəsizlik baxımından qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Miracifer bildirib ki, hadisə yerinə texniki briqadalar cəlb olunub. Hazırda zədələnmiş hissədə bərpa işləri aparılır və xəttin ən qısa zamanda yenidən istismara verilməsi üçün tədbirlər görülür.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ