“Ukrayna üçün mühüm qərarlar gözləyirik” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada keçiriləcək NATO-nun 36-cı Liderlər Zirvəsindən ölkəsi üçün mühüm nəticələr gözlədiklərini bildirib.
Sfera.az xəbər verir ki, prezident sosial şəbəkə hesabında Rusiyanın Ukraynanın müxtəlif bölgələrinə həyata keçirdiyi son raket və pilotsuz uçuş aparatları hücumları ilə bağlı paylaşım edib.
O bildirib ki, Rusiyanın paytaxtı və Kiyev vilayətinin Vişneve qəsəbəsinə əvvəlki gecədən etibarən təşkil etdiyi hava hücumları nəticəsində həlak olanların sayı 22-yə çatıb, yaralıların sayı isə 90 nəfəri ötüb.
Ukrayna Prezidenti qeyd edib ki, Rusiya ordusu hücum zamanı 68 raket və 351 pilotsuz uçuş aparatından (PUA) istifadə edib. Onun sözlərinə görə, ölkənin daha çox hava hücumundan müdafiə sisteminə ehtiyacı var.
Zelenski xatırladıb ki, Ukrayna ABŞ-dən "Patriot" hava hücumundan müdafiə raketlərinin istehsalı üçün müvafiq lisenziyanın verilməsini xahiş edib.
“Bu, bizim üçün ən böyük prioritetdir”, – deyə o vurğulayıb.
Prezident həmçinin Ankaranın ev sahibliyi ilə keçiriləcək NATO-nun 36-cı Liderlər Zirvəsinin Ukraynaya dəstəyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
“Ankarada keçiriləcək Avro-Atlantik məkanının ən güclü dövlətlərini bir araya gətirəcək zirvənin nəticəsiz qalmayacağına ümid edirik”, – deyə Zelenski əlavə edib.
Bəsti Rəfizadə
