Putin aksiyaları qadağan etdi - Sərəncam

Putin aksiyaları qadağan etdi - Sərəncam

Rusiya Prezidenti Vladimir Putin futbol üzrə Konfederasiya Kuboku və Dünya Çempionatı zamanı təhlükəsizliyin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Sfera.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, sərəncama əsasən Moskva, Sankt-Peterburq, Tatarıstan, Krasnodar, Volqoqrad, Sverdlovsk, Kalininqrad, Nijeqorod, Rostov, Samara və Mordoviya ərazilərində kütləvi tədbirlərlə bağlı xüsusi nizam tətbiq olunacaq.

Məlumata əsasən, bu ərazilərdə idmanla bağlı olmayan istənilən mitinq və aksiya qadağan ediləcək. Aksiyalara yalnız Rusiya Federal Təhlükəsizlik Xidmətinin razılığı ilə müəyyən edilmiş ərazilərdə izn veriləcək.

Qeyd edək ki, Konfederasiya Kuboku 2017, Dünya Çempionatı isə 2018-ci ildə keçiriləcək.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...