ABŞ-dən açıqlama: "İranla atəşkəs qüvvədədir"

ABŞ-dən açıqlama: "İranla atəşkəs qüvvədədir"
Kateqoriya məlum deyil
T

ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasının qüvvədə qaldığı açıqlanıb.

Sfera.az xəbər verir ki, Livitt “Fox News” kanalına müsahibəsində qeyd edib ki, Vaşinqton İranla aparılan danışıqlar nəticəsində “yaxşı bir razılaşma” əldə etməyə ümid edir.

“Atəşkəs qüvvədədir. Ümid edirik ki, İranla davam edən danışıqlar çərçivəsində yaxşı bir razılaşma əldə edə biləcəyik. Prezident Donald Tramp yalnız ölkəmizin maraqlarını ön planda saxlayan sənədə imza atacaq”, - deyə Livitt bildirib.

Ağ Ev rəsmisi əlavə edib ki, ABŞ liderinin imzalayacağı hər hansı razılaşmada əsas prioritet Vaşinqtonun maraqları olacaq.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ