"Bu qərara münasibətimizi ABŞ çox yaxşı bilir" - Çavuşoğlu

Dünya
15:35 / 10.05.2017
961
Suriyada səhv addımlar atılmamalıdır.
Sfera.az-ın məlumatına görə, bu sözləri ABŞ-ın YPG-yə iri çaplı silahların verilməsini nəzərdə tutan qərarı haqqında açıqlama verən Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
"YPG və PKK ikisi də terror təşkilatıdır, heç bir fərqi yoxdur. Sadəcə adları fərqlidir və bunların əlinə keçən hər silah Türkiyə üçün təhdiddir. Bizim bu qərara münasibətimizi ABŞ rəhbərliyi çox yaxşı bilir. Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ səfərində Donald Trampla bu haqda danışacaq”, - deyə nazir bildirib.
Sfera.az