Məşhur kinotənqidçi vəfat edib

Dünya
10:27 / 10.05.2017
1021
Məşhur rusiyalı kinotənqidçi Daniil Dondurey dünyasını dəyişib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda məlumatı rejissor Vitali Manskiy "Facebook" səhifəsində yayıb.
"Bu sözləri demək ağırdır, lakin biz onu itirdik. Onun kimi təmiz və dahi insan haqqında çox danışa bilərəm…”, - deyə rejissor yazıb.
Daniil Dondurey 19 may 1948-cil ildə Ulyanovskda dünyaya gəlib. 1993-cü ildən "Kino İncəsənəti” jurnalının redaktoru vəzifəsində çalışıb.
Sfera.az