Pakistanda 5,4 bal gücündə zəlzələ olub

Pakistanda 5,4 bal gücündə zəlzələ olub
Kateqoriya məlum deyil
T

Pakistanda 5,4 bal gücündə zəlzələ baş verib.

Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, ölkədə ötən gün axşam saatlarında da 5,3 bal gücündə zəlzələ baş vermişdi.

Xatırladaq ki, Pakistan Hindistan və Avrasiya tektonik plitələrinin qovuşduğu ərazidə yerləşdiyi üçün dünyanın ən yüksək seysmik riskə malik ölkələrindən biri hesab olunur./teleqraf

PAYLAŞ