İran-BƏƏ uçuşları yenidən fəaliyyətə başlayır

İranla Birləşmiş Ərəb Əmirlikləri (BAƏ) arasında hava əlaqələrinin bu həftə bərpa ediləcəyi açıqlanıb.
Sfera.az xəbər verir ki, İran Mülki Aviasiya Təşkilatının sözçüsü Məcid İhvan bildirib ki, BƏƏ-nin mülki aviasiya rəsmiləri ilə danışıqlar aparılıb və iki ölkə arasında uçuşların yenidən başlayacağı barədə razılıq əldə olunub.
Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra İran-BƏƏ arasındakı aviareyslər dayandırılıb. İki ölkə arasında bir müddət ərzində uçuş həyata keçirilməyib. ABŞ və İran arasında müharibəni dayandırmaq məqsədilə əldə olunan razılaşmadan sonra bölgədə normallaşma prosesinin başladığı bildirilib.
Lakin son saatlarda Vaşinqton və Tehran arasında gərginliyin yenidən artdığı qeyd olunub. Buna baxmayaraq, İran və BƏƏ arasında hava əlaqələrinin bərpası regional münasibətlərdə yumşalma əlaməti kimi qiymətləndirilir.
Bəsti Rəfizadə
Sfera.az
