Ərdoğan: "Avropada yayılan ayrıseçkilik münasibətlərimizi zədələyir"

Ərdoğan:

Avropada yayılan ayrıseçkilik və İslam düşmənçiliyi münasibətlərimizi zədələyir.

Sfera.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "9 May – Avropa Günü” ilə bağlı mesajında "Köhnə dünya”nı yenə tənqid edərkən deyib.

"Ayrıseçkilik, irqçilik, ekstermizm və İslam düşmənçiliyi kimi sosial xəstəliklər Avropada geniş yayılmağa başlayır. Getdikcə yüksək səs yığaraq mövqelərini gücləndindirən radikal sağ təmayüllü partiyalar Avropanın siyasi həyatını girov almağa başlayır. Qoca qitənin gələcəyini təhdid edən bu cərəyanlara qarşı qısa müddətli vədlər səbəbindən bir çox avropalı siyasətçilərin səssiz qaldığını görürük. Miqrant böhranının ən yüksək səviyyəyə qalxdığı vaxtda AB-Türkiyə əlaqələrini inkişaf etdirmək ən mühüm amillərdən biridir. Məqsədimiz AB ilə miqrant, gömrük, iqtisadiyyat, enerji və üzvlük müzakirələri ilə bağlı əlaqələri ən ali səviyyəyə qaldırmaqdır”, - deyə Ərdoğan bildirib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR