Ukrayna Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyata başlayır

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya rəhbərliyini sülhə məcbur etmək məqsədilə hazırlanan 40 günlük xüsusi əməliyyat planını təsdiqləyib.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz rəsmi teleqram kanalında bəyanat yayıb. Məlumata görə, sözügedən plan Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri, general-mayor Yevgeni Xmaranın hesabatından sonra qəbul edilib. Əməliyyatın əsas hədəfi 4 ildir davam edən müharibədən sonra Vladimir Putini danışıqlar masasına oturmağa məcbur etməkdir.
Zelenski Ukrayna kəşfiyyatının müdafiə xəttində uğurlu nəticələr göstərdiyini və Rusiyaya son zərbəni vurmaq üçün uzaq və orta mənzilli raketlərdən, həmçinin xüsusi sanksiya mexanizmlərindən istifadə olunacağını qeyd edib. Ukrayna lideri əməliyyatın detallarını açıqlamasa da, raket və PUA-larla Rusiyanın enerji obyektlərinin hədəf alınacağına işarə vurub. Prezident həmçinin əlavə edib ki, G7 sammitində tərəfdaşlar tərəfindən vəd edilən hərbi yardımlar Ukraynanın Rusiyanı sülhə məcbur edəcək şərtləri sürətlə formalaşdırmasına imkan yaradacaq.
Bəsti Rəfizadə
