Kim Çen: "Onları qorxu içərisində saxlamaq lazımdır"

Şimali Koreya lideri Koreya müharibəsinin (1950-1953) başlanmasının ildönümü ilə bağlı keçirilən tədbirlər çərçivəsində yeni silahların sınaq prosesinə nəzarət edib.
Sfera.az xəbər verir ki, sınaqlar zamanı çoxsaylı raket sistemləri, taktiki ballistik raketlər üçün döyüş başlıqları və uzaqmənzilli raketlərin hədəfə dəqiqliklə çatma imkanları yoxlanılıb. Kim Çen In testlərin nəticələrindən məmnun qaldığını bildirib. O, keçirilən sınaqların ölkənin mühüm hərbi texnologiyalar sahəsində irəliləyiş əldə etdiyini göstərdiyini vurğulayıb.
Şimali Koreya lideri düşmənlərin daimi narahatlıq və qorxu içində saxlanmasının vacib olduğunu qeyd edərək bildirib:
“Bütün uzaqmənzilli zərbə vasitələrimizin yerini təkmilləşdirilmiş versiyaların aldığını düşmənlər ən qısa zamanda öyrənəcəklər”.
Məlumata görə, sınaqdan keçirilən silahlar Şimali Koreyanın arsenalını genişləndirmək və raket sistemlərini modernləşdirmək planının əsas hissəsi hesab olunur.
Bəsti Rəfizadə
Sfera.az
