Logo

İsrail prezidentini daşıyan vertolyot təcili eniş edib

İsrail prezidentini daşıyan vertolyot təcili eniş edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsrail Prezident İshaq Hersoqun olduğu helikopter quş sürüsü ilə toqquşduqdan sonra təcili eniş edib.

Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Helikopter prezidenti Qüdsdəki Herzl dağında keçirilən anım mərasimindən Şimali İsraildə planlaşdırılan dəfn mərasiminə aparırdı.

Uçuş zamanı təyyarə quşlarla toqquşub və Palmachim Hava Bazasına eniş etmək məcburiyyətində qalıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

İsrail prezidenti və heyəti eniş etdikdən sonra başqa bir helikopterə minərək planlaşdırılan uçuşu həyata keçiriblər./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR