Fransada anomal istilər minlərlə ailəni işıqsız qoydu

Fransada anomal istilər minlərlə ailəni işıqsız qoydu
Kateqoriya məlum deyil
T

Anomal istilər səbəbindən Fransanın şimal-qərbindəki Bretan bölgəsində transformator sıradan çıxıb və nəticədə təxminən 68 min ev elektriksiz qalıb.

Sfera.az xəbər verir ki, bu barədə Fransanın Finistere departamentinin prefekturası məlumat yayıb.

“Elektrik kəsintiləri hazırda davam edir: departamentin cənub-qərbindəki təxminən 68.000 ev hələ də elektrik enerjisindən məhrumdur. Texniki səbəblərə görə, RTE elektrik şəbəkəsi operatoru bu gün elektrik enerjisini bərpa edə bilməyəcək. Evlər 24 iyundan tez olmayaraq [elektrik şəbəkəsinə] yenidən qoşulacaq”, - yerli hakimiyyət orqanları “X”də verdiyi açıqlamada bildirib.

Qeyd edək ki, çərşənbə günü Fransanın 58 departamentində ən yüksək təhlükə səviyyəsi - "qırmızı", digər 31 departamentində isə "narıncı" elan edilib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ