Logo

Ukrayna Moskvanı vurdu

Ukrayna Moskvanı vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Moskva vilayətindəki kosmik rabitə mərkəzinə, eləcə də Rusiya ordusunun PUA operatorları üçün təlim poliqonuna və logistika infrastrukturuna zərbələr endirib.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Moskva vilayətindəki Dubna kosmik rabitə mərkəzinə zərbə endirilib. Obyektdə genişmiqyaslı tüstü müşahidə olunur. Zərər müəyyən edilir.

Ukrayna həmçinin Luqansk vilayətinin Debaltsevo ərazisindəki PUA operatorları üçün təlim poliqonuna, Donetsk vilayətinin Mirnoqrad və Perestroyka ərazilərindəki PUA idarəetmə məntəqələrinə zərbələr endiriblər.

Bundan əlavə, Rusiyanın Belqorod vilayətinin İlyok-Penkovka və Donetsk vilayətinin Pokrovsk ərazisindəki Rusiya komanda və müşahidə məntəqələrinə zərbələr endirilib.

Zaporojye vilayətinin Vasilyevka ərazisində qoşunların daşınması və Rusiya ordusunun təchizatı üçün istifadə edilən avtomobil körpüsü də zədələnib./Teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR