Vyetnam turistlər üçün yeni qayda açıqladı

İyunun 22-dən etibarən Vyetnama daxil olan turistlər əvvəlcədən elektron sənəd təqdim etməlidir.
Sfera.az xəbər verir ki, qeyd olunan tarixdən etibarən Nyaçanq da daxil olmaqla, ölkənin bütün beynəlxalq hava limanlarından gələn bütün turistlər üçün elektron gəliş kartının doldurulması məcburidir.
Burada pasport məlumatları, viza məlumatları, eləcə də Vyetnamda qalma müddəti və yer barədə məlumat tələb edilir.
Vyetnam İmmiqrasiya Xidməti portalında qeyd olunub ki, formanı ölkəyə girməzdən ən azı 72 saat əvvəl doldura bilərsiniz. Uğurla doldurulduqdan sonra sistem QR kodu yaradacaq və bu kod gəliş zamanı pasport nəzarəti işçisinə təqdim edilməlidir.
Tələb bütün xarici vətəndaşlara, eləcə də elektron viza sahiblərinə şamil edilir.
İstisna yalnız sərhədi keçməyən tranzit sərnişinlər və diplomatik və xidməti pasport sahibləri üçündür./trend
